REGİONLAR


Kənd təsərrüfatı naziri Siyəzən rayonunda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 19-da Siyəzən rayonunda Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iştirak etmək istəyənlər bu telefonlarla (012-493-51-64; 050-352-06-27; 050-528-24-16) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.