REGİONLAR
Kənd təsərrüfatı naziri Sumqayıtdakı satış-yarmarkada qiymətlərlə maraqlanıb VİDEO
Sumqayıt, 18 mart, AZƏRTAC
Martın 18-də kənd təsərrüfatı naziri Heydər Əsədov Novruz bayramı münasibətilə Sumqayıt şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub.
AZƏRTAC xəbər verir ki, yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov qiymətlərlə maraqlanıb, istehsalçı və istehlakçılarla söhbət edib. Bildirilib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını ödəmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.
Yarmarkada bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət gücləndirilib, bu məqsədlə səyyar laboratoriyalar cəlb edilib.
Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkanın yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]