REGİONLAR


Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 26-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.