REGİONLAR


Kənd təsərrüfatı nazirinin Zərdabda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC 

Kənd təsərrüfatı naziri Heydər Əsədovun oktyabrın 28-də Zərdab rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə nəzərdə tutulan vətəndaş qəbulu oktyabrın 21-nə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ( [email protected] ) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.