İQTİSADİYYAT


Kənd təsərrüfatının dayanıqlığının təmin olunması üçün iqlim əsaslı texnologiyalar tətbiq edilməlidir

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya regionu üzrə iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması və enerji sahəsində əlaqələndiricisi Reuben Sessa Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində “İqlim əsaslı ağıllı kənd təsərrüfatı” mövzusunda təqdimat keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələrinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Kənd Təsərrüfatı Kreditlərinin və Layihələrinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd “İqlim əsaslı ağıllı kənd təsərrüfatı sistemi”nin yaradılmasının mahiyyəti və ən yaxşı nümunələri barədə iştirakçıları məlumatlandırmaq olub. Reuben Sessa bildirib ki, 2050-ci ilə qədər dünyanın əhalisi 9 milyarda çatacaq. Bu baxımdan kənd təsərrüfatının dayanıqlığının təmin olunması istiqamətində iqlim əsaslı texnologiyaların tətbiqinə böyük ehtiyac var.

Eyni zamanda, Reuben Sessa yeni yaradılmış Yaşıl İqlim Fondu (GCF) barədə məlumat verərək, Azərbaycanın bu təşkilata qoşulmasının vacibliyini vurğulayıb və FAO-nun bu istiqamətdə texniki dəstək göstərməyə hazır olduğunu bildirib.

Təqdimatın sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.