İQTİSADİYYAT


“Kənd turizminin inkişafında gənclərin rolunun artırılması” adlı layihə həyata keçirilib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 10-dan 16-dək Qax, İsmayıllı, Şəki və Qəbələ rayonlarının 10-dan çox kəndində turizm sahəsində təhsil almış təcrübəli turizm ekspertləri tərəfindən gənclər üçün “Kənd turizminin inkişafında gənclərin rolunun artırılması” adlı layihə təşkil olunub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən həyata keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əlaqələndiricisi Renat Məcidov təlimlərdə çıxış edərək layihə haqqında fikirlərini söyləyib və gənclərə tövsiyələrini verib.

Layihənin məqsədi kənd turizminin inkişaf potensialı olan ərazilərdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, kəndlərdə yaşayan gəncləri və gənc ailələri kənd turizmin inkişafına cəlb etməklə onların inkişafına yardım göstərmək, həm də kənd turizmi sahəsində maarifləndirmə işlərini həyata keçirməkdir.

Layihə çərçivəsində gənclər üçün təlimlər təşkil olunub, turizm sahəsində təhsil alan tələbələrin köməyi ilə gənclərə kənd turizmi sahəsi üzrə yeni praktiki biliklər və bacarıqlar verilib. Layihə, eyni zamanda gənclərin kənd turizminin inkişafı ilə bağlı yeni planlar və strategiyalar qurmalarına kömək göstərib. Layihəyə kəndlərdə yaşayan gənclərdən əlavə, gənc ailələr, sahibkarlar, fermerlər də iştirak üçün cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.