CƏMİYYƏT


Kənddə qadın sahibkarlığının inkişafı məsələləri müzakirə olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşü keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Hicran Hüseynova bir sıra beynəlxalq təşkilatlarla, eyni zamanda FAO çərçivəsində ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Xüsusən də “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsinin əhəmiyyətini vurğulayaraq, kənd qadınlarının işgüzar və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstəyin göstərilməsini qeyd edib.

Komitə sədri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığın daha da genişləndirilməsini, ikitərəfli layihələrin həyata keçirilməsini, tərəflər arasında memorandumun imzalanmasını təklif edib.

Mələk Çakmak səmimi qəbul üçün minnətdarlığını bildirərək, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini və əməkdaşlığın davamlı olacağını bildirib.

FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Azərbaycanın kənd təsərrüfatı sahəsində güclü potensiala malik olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən proqram və layihələrdə ekoloji təmizliyə, sanitariyaya və ətraf mühitə xüsusi qayğı ilə yanaşılır.

Görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin qorunması, heyvandarlıq, bitkiçilik, tütünçülük, çayçılıq, meşəçilik sahələri üzrə kiçik və orta sahibkarlığın inkişafı xüsusilə vurğulanıb. Eyni zamanda keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə geniş müzakirələr aparılıb və cari il ərzində də əməkdaşlığın gücləndirilməsinə dair qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.