REGİONLAR


Kəndli-fermer təsərrüfatında dəmyə üsulu ilə  yetişdirilən taxıl sahələrindən 35-38 sentner məhsul yığılır VİDEO

Qazax, 12 iyul, Famil Quliyev, AZƏRTAC

Qazaxda taxıl biçini davam edir. Rayonda yeni yaradılan Birinci Şıxlı kəndli-fermer təsərrüfatı ilk məhsul yığımını uğurla həyata keçirir. Dəmyə üsulu ilə yetişdirilsə də, 1 hektar sahədən 35-38 sentner məhsul götürülür.

Kəndli-fermer təsərrüfatında bu il 412 hektar sahədə taxıl əkilib.

Təsərrüfatın rəhbəri Tərlan Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Əkin sahələrində bütün aqrotexniki qaydalara riayət olunub, vaxtında şumlama aparılıb, gübrə verilib, ziyanvericilərə qarşı mübarizə tədbirləri görülüb. Hazırda kombaynla biçin aparılır.”

Fermer Anar Yusubov isə bildirib ki, məhsuldarlıqdan razıdırlar. Sahəyə “Beş körpü”, “Aran” və “Krasnodar” sortları əkilib. Təsərrüfatda taxılla yanaşı, kartof, tütün, qarğıdalı və şəkər çuğunduru da becərilir.

Kəndli-fermer təsərrüfatında 60-a yaxın daimi, 120-dək gündəlik çalışan işçi var. Bu da öz növbəsində, yaxın kəndlərdə yaşayan insanların da işlə təmin olunması deməkdir.

Təsərrüfatın mütəxəssisi Səfurə Vəliyeva deyib ki, sahələrdə əsasən Türkiyədən gətirilmiş müasir suvarma sistemləri quraşdırılıb. Bu da məhsuldarlığa müsbət təsir göstərir. Həmçinin təsərrüfatda çalışan işçilər əməkhaqqlarından da razıdırlar. Bir sözlə, əkin sahələrində çəkilən zəhmət yekunda müsbət nəticələrə gətirib çıxarır.

Qeyd edək ki, Qazax rayonu üzrə cari ilin məhsulu üçün 11 min hektardan çox sahədə taxıl əkilib. Gələcəkdə taxıl sahəsinin genişləndirilməsi, tütün və şəkər çuğunduru istehsalının daha da artırılması, ümumiyyətlə, bol məhsulun əldə olunması üçün bir sıra işlərin görülməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.