REGİONLAR


Kəngərli rayonunda 400 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilir

Naxçıvan, 11 avqust, AZƏRTAC

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yay aylarında əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi və sudan itkisiz istifadə diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür. İyul ayında muxtar respublikanın rayonlarında 12 kilometr magistral kanal, 42 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 7 kilometr yeni suvarma boru xətti çəkilib, 6 kilometr içməli su xətti təmir edilib.

Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, su itkisinin qarşısını almaq üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 7290 metr suvarma boru xətti çəkilib.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 9 subartezian quyusunda yeni nasos quraşdırılıb, 6 kəhrizdə təmir-bərpa işləri aparılıb. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 4500 metr su və 2200 metr kanalizasiya xətti çəkilib, Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.