REGİONLAR


Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulur

Kəngərli, 23 may, AZƏRTAC

Muxtar respublikada fəaliyyət göstərən “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki əkin sahələrində yeni qapalı suvarma şəbəkəsi qurulur.

AZƏRTAC xəbər verir ki, qapalı suvarma şəbəkəsi toxumçuluq təsərrüfatının 400 hektar əkin sahəsini əhatə edəcək.

Layihəyə uyğun olaraq, ərazidə 4 min 380 metr dəmir borularla ana xətt və 41 min 680 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi çəkilir. Xətlərin üzərində 95 sutənzimləyici siyirtmə, 480 hidrant və 93 suburaxıcı quraşdırılacaq. Tikintidə ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə edilir.

Toxumçuluq təsərrüfatı üçün 2 min hektar torpaq sahəsi ayrılıb, meliorativ tədbirlər görülərək əkinəyararlı hala salınıb.

Qeyd edək ki, son 3 ildə muxtar respublikada 3 min 100 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Məhz buna görə də suvarma sularından səmərəli və qənaətlə istifadə olunur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.