Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kəngərli rayonunda yeni uşaq bağçası istifadəyə verilib

Kəngərli, 14 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır. Müasir uşaq bağçaları istifadəyə verilir, uşaqların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək deyib ki, 2016-cı ildə aparılan tikinti, yenidənqurma və təmir işlərindən sonra rayonun Yurdçu kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, avtomobil yolu, Qıvraq qəsəbə tam orta məktəbi, Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi, Böyükdüz kəndində Azərbaycan Vətən Müharibəsi veteranı üçün fərdi mənzil, Xok və Böyükdüz kəndlərində 117 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Hazırda Qarabağlar Türbə Kompleksində elmi və tarixi əsaslarla bərpa işləri aparılır, rayon mərkəzində 7 mərtəbəli, 48 mənzilli yaşayış binası tikilir. Bundan başqa Böyükdüz kəndi ərazisində 400 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi də qurulacaq. Tikinti-quruculuq işlərinin davamı olaraq Kəngərli rayonunda müasir uşaq bağçasının istifadəyə verilməsi də rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. İcra başçısı Kəngərli rayonunun hərtərəfli inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və valideynləri təbrik edərək deyib: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaq bağçaları məktəbəqədər təhsil müəssisəsi və təhsilin ilk pilləsi kimi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, estetik tərbiyəsini təmin edir. Ölkəmizdə dövlət uşaq siyasətinin tərkib hissəsi kimi uşaqların sağlam böyüməsi istiqamətində lazımi tədbirlər görülür. Uşaq bağçalarının tikilib istifadəyə verilməsi bu tədbirlər sırasında xüsusi yer tutur.

Ali Məclisin Sədri deyib: Son illər Naxçıvan Muxtar Respublikasında 3-ü hərbi şəhərciklərdə olmaqla 21 uşaq bağçası tikilərək istifadəyə verilmiş, bağçalarda uşaqların məktəbəqədər tərbiyəsinin təşkili və sağlam böyümələri üçün müasir şərait yaradılmışdır. Həmçinin dövlət-uşaq siyasətinin davamı olaraq muxtar respublikada 2016-cı tədris ilindən başlayaraq 5 yaşlı uşaqlar həftədə 3 dəfə olmaqla ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına gedirlər. Bu da uşaqların birinci siniflərə hazır gəlmələrinə xidmət edir.

Qeyd olunub ki, bağçalara müxtəlif yaş qrupundan olan uşaqlar cəlb olunur, onların intellektual inkişafı ilə yanaşı, estetik tərbiyəsi və düzgün qidalanması da diqqətdə saxlanılır. Uşaqların maraqlarına uyğun oyunlar və tədbirlər keçirilir, onların istedad və qabiliyyətləri üzə çıxarılır. Bu mənada müasir uşaq bağçalarının istifadəyə verilməsi ölkəmizin gələcəyi olan uşaqların əqli, psixoloji və fiziki cəhətdən sağlam böyüməsinə hesablanıb. Eyni zamanda uşaq bağçalarının tikilməsi ailələrə dəstəkdir. Xüsusilə işləyən valideynlər və aztəminatlı ailələr uşaqlarını rahatlıqla bağçalara etibar edirlər. Sağlamlıq imkanları məhdud uşaqların bağçalara cəlbi isə onların erkən yaşlardan cəmiyyətə inteqrasiyasına imkan verir. Görülən bu işlər və yaradılan şərait isə cəmiyyətdə bütün uşaqların məktəbəqədər tərbiyəsinin təşkilinə imkan verir.

Ali Məclisin Sədri deyib: Bu gün istifadəyə verilən Qıvraq Qəsəbə uşaq bağçasına 160 uşaq cəlb olunmuş, 40 nəfər işlə təmin edilmişdir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, uşaqların tərbiyəsi, sağlam qidalanması, intellektual və fiziki inkişafı düzgün təşkil olunmalı, onlar gələcək təhsilə hazırlanmalıdırlar. Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər Kəngərli rayonunda da öz nəticəsini verməli, bağçada tərbiyə olunan uşaqlar gələcəkdə cəmiyyətimizin sağlam üzvünə çevrilməlidirlər.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, bağçanın tikintisində əməyi olanlara təşəkkür edib.

Bildirilib ki, yeni yaradılan uşaq bağçası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Bağçada 2 körpələr, 3 orta, 3 böyüklər və 3 məktəbə hazırlıq qrupları olmaqla ümumilikdə 11 qrup fəaliyyət göstərir. Ən müasir infrastrukturla təchiz edilən bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb, hər qrup üçün yataq otaqları, yemək və oyun zalları, tədbirlər zalı, valideynlər otağı, tibb otağı, mətbəx, ərzaq anbarı, çamaşırxana və digər otaqlar istifadəyə verilib.

Valideynlərdən Səbinə Həsənova uşaq bağçasında yaradılan şəraitə görə ailələr adından minnətdarlıq edərək deyib: Kəngərli rayonunda uzun illər uşaq bağçası fəaliyyət göstərmirdi. Bu gün müasir uşaq bağçasının istifadəyə verilməsi ailələrin, hər bir valideynin və uşaqların böyük sevincinə səbəb olub. Artıq işləyən anaların rahatlığı təmin edilib. Çünki uşaqlarımızı müasir məktəbəqədər tərbiyə müəssisəsinə etibar edəcəyik. Yeni uşaq bağçası həm gələcəyimiz olan uşaqlara, həm də ailələrə göstərilən qayğının daha bir ifadəsidir.

Ali Məclisin Sədri bağçada yaş qruplarına uyğun təlim-tərbiyə qaydalarının tətbiq olunması, valideyni işləyən, aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqların qəbuluna üstünlük verilməsi, uşaqların mütəmadi tibbi müayinədən keçirilməsi və sağlam qidalanmasına diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Tədbirlər zalında uşaqlar Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.

Ali Məclisin Sədri uşaqlarla xatirə şəkli çəkdirib.

Uşaq bağçasının həyəti də abadlaşdırılıb, istirahət guşəsi və uşaq əyləncə qurğuları qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır