SİYASƏT


Keniya Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Keniyanın xarici işlər və beynəlxalq ticarət üzrə naziri xanım Əminə Məhəmməd ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, ölkəmizin irimiqyaslı layihələrin həyata keçirilməsində aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Nazir Ə.Məhəmməd ölkəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət, turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.