DÜNYA
Keniya neft ixracına başlayacaq
Bakı, 13 avqust, Nihad Budaqov, AZƏRTAC
Keniyanın Nazirlər Kabineti ölkənin xam neft ixracının təmin olunması üzrə “Neft ticarəti planı”nı təsdiq edib.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, “Neft ticarəti planı” çərçivəsində Keniyadan xam neft ixracına gələn ilin iyunundan başlanılması planlaşdırılır. Ölkənin şimalındakı Turkana əyalətinin “Lokichar” yatağından çıxarılacaq xam neft Mombasa limanındakı zavodlarda emal ediləcək və buradan digər ölkələrə göndəriləcək.
Həmçinin hökumət “Lokichar” yatağından çıxarılacaq neftin Lamu əyalətinə daşınması üçün yeni boru kəmərinin inşasını da təsdiqləyib.
“Lokichar” yatağında kəşf edilən xam neft həcminin təxminən 1 milyard barrel olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]