DÜNYA
Keniyada “M-PESA” mobil valyuta bazasında ödəniş kartı yaradılıb
Bakı, 21 iyul, AZƏRTAC
Keniyada “M-PESA” mobil valyuta bazasında ödəniş kartı yaradılıb.
AZƏRTAC “psm.7com” saytına istinadla xəbər verir ki, layihə hələ sınaq mərhələsindədir. Mobil pulları idarə edən Keniyanın "Safaricom" mobil operatoru yeni ödəniş alətinin uğur qazanacağını proqnoz verib. "Safaricom" Keniyanın ödəniş kartları bazarının əhəmiyyətli hissəsinə (ildə 13,5 milyard dollar dəyərində tranzaksiya) sahib olmaq niyyətindədir.
Ödəniş kartı təmassız tranzaksiyalar üçün NFC-çip ilə təmin edilib. Keniyalılar həmin kartdan istifadə etməklə “M-PESA” mobil pulları qəbul edilən bütün ticarət məntəqələrində ödəniş edə bilərlər. Bunun üçün ödəniş alətini terminala yaxınlaşdırmaq kifayətdir. Bununla yanaşı, kart “Chip&PIN” standartı ilə qorunur. Kartın yaradılması kassalarda hesablaşma prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.