DÜNYA


Keniyada otelə terror hücumu nəticəsində azı 12 nəfər ölüb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Keniyanın Mandera şəhərində əcnəbilərin qaldığı oteldə törədilən partlayış nəticəsində azı 12 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, “Standard Kenya” nəşrinin yaydığı məlumata görə, partlayışın qurbanları yerli məktəblərdə çıxış etmək üçün gələn şəxslər və onları müşayiət edən yerli sakinlər olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Polis binada partlayıcı tələlərin ola biləcəyindən ehtiyatlanır. Dağıntılar altından indiyədək 10 nəfər çıxarılıb və orada hələ nə qədər insanın qaldığı bilinmir.

Ehtimala görə, hücum “Aş-Şabab” terror qruplaşması tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.