DÜNYA


Keniyada yol-nəqliyyat hadisəsi azı 25 nəfərin ölümü ilə nəticələnib

A+ A

Bakı, 11 dekabr, AZƏRTAC

Keniyada neft tankerinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 25 nəfər həlak olub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Uqanda istiqamətində hərəkət edən yük avtomobili Nayvaşa şəhərindən on kilometr şimalda idarəetməni itirərək bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Qırmızı Xaç təşkilatının nümayəndəsi Felister Kioko qəza yerində hələlik 25 cəsədin aşkarlandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.