İDMAN


“Kəpəz”–“Admira” oyununu rusiyalı hakimlər briqadası idarə edəcək

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kəpəz” (Gəncə) – “Admira” (Avstriya) oyununu idarə edəcək hakimlər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, matç rusiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Vitali Meşkov olacaq. Ona həmyerliləri Valeriy Dançenko və Maksim Qavrilin kömək edəcəklər. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Kəpəz”–“Admira” oyunu iyulun 20-də “Dalğa Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.