İDMAN


“Kəpəz”-“Sumqayıt” görüşündə heç-heçə qeydə alınıb

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də futbol üzrə Topaz Premyer Liqasında XI tura start verilib.

AZƏRTAC xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq iki həftəlik fasilə öncəsi keçirilən tur iki gün davam edəcək.

Turun açılış matçı Gəncədə oynanılıb. “Kəpəz” klubu “Sumqayıt”ı qəbul edib. Komandaların hücum qurmaq cəhdlərinə baxmayaraq görüş qolsuz heç-heçə başa çatıb.

Bu görüşdən sonra Gəncə klubunun 12 xalla beşinci pillədəki mövqeyi dəyişməyib. Hesabında 10 xal olan “Sumqayıt” isə turnir cədvəlində altıncı pillədə yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.