İDMAN


“Kəpəz” - “İnter” matçında qapılara qol vurulmayıb

A+ A

Bakı, 23 oktyabr, AZƏRTAC

Sentyabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşması Gəncədə baş tutub. “Kəpəz” klubu “İnter"i qonaq edib. Soyuq və çiskinli hava şəraiti üzündən ot örtüyü qənaətbəxş vəziyyətdə olmayıb. Bütün bu amillərə baxmayaraq, matç gərgin və qol epizodları ilə bol olub. Tərəflərin səylərinə baxmayaraq qapılar toxunulmaz qalıb.

Beləliklə, 0:0 hesablı heç-heçə Gəncə və paytaxt komandalarının hərəsinə bir xal qazandırıb. “Kəpəz” 11 xalla dördüncü, “İnter” isə 17 xalla ikinci pillədə qalıb. Tur oktyabrın 24-də AZAL – “Zirə” oyunu ilə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.