İDMAN


“Kəpəz” futbol klubunun məşqçilər  korpusunda yeni təyinat olub

Bakı, 23 may, AZƏRTAC

“Kəpəz” futbol klubunun əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. “A” kateqoriyasına malik V.Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq.

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.