İDMAN


“Kəpəz” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq

Bakı, 12 iyul, AZƏRTAC

Gəncənin “Kəpəz” futbol klubu mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsini Türkiyədə keçirəcək.

AZƏRTAC xəbər verir ki, iyulun 15-dən 25-dək Ərzurumda təlim-məşq toplanışında olacaq “sarı-göylər” 3 yoxlama oyununa çıxacaq. Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor” klublarıdır.

“Kəpəz”in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.