İDMAN


“Kəpəz” klubu böyük hesablı qələbə qazanıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Yeni mövsümə hazırlaşan Gəncənin “Kəpəz” futbol klubu son yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakıda məşq edən Gəncə təmsilçisi birinci divizionda çıxış edən “Şərurspor” ilə qarşılaşıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçirilən oyun Gəncə təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.

İlk yarıda “Kəpəz”in heyətində Orxan Əliyev və Tural Qürbətov fərqləniblər. Fasilədən sonra Julien Ebah dubl edib. Komandanın beşinci qoluna Dario Frederiko imza atıb. Oyunun sonlarına doğru O.Əliyev daha bir dəfə rəqib torunu silkələyərək son nöqtəni qoyub – 6:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.