İDMAN


“Kəpəz” klubu ilk yoxlama oyununda qələbə qazanıb

Bakı, 10 iyul, AZƏRTAC

Yeni mövsümün hazırlığını Bakıda davam etdirən “Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, “sarı-göylər” həvəskarlar liqasının təmsilçisi olan “Bakı” ilə qarşılaşıblar. Rəqib meydanında baş tutan görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Kəpəz”dən qolları yeni transferlər İlyas Səfərzadə və Kamran Abdullazadə vurublar.

Xatırladaq ki, gəncəlilər növbəti yoxlama oyununu iyulun 11-də “Neftçi”yə qarşı keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.