İDMAN


“Kəpəz” klubunda yeni təyinatlar rəsmiləşib

Bakı, 9 yanvar, AZƏRTAC

“Kəpəz” futbol klubunda yeni təyinatlar rəsmiləşib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, Rəhman Əzizov “Kəpəz”in 13 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun yetirməsi olan R.Əzizov Gəncə təmsilçisi ilə yanaşı, “Qəbələ”, “Bakılı”, “Şəmkir” və digər komandalarda çıxış edib. 2014-cü ildə karyerasını başa vuran R.Əzizov məşqçiliyə başlayıb və “C” kateqoriyasına malikdir.

R.Əziziov “Kəpəz”in U-13 komandasında İbrahim Hüseynovu əvəzləyib. Sonuncu isə işini U-17 komandasında davam etdirəcək. Ümumiyyətlə, Gəncə klubunda daha bir neçə dəyişiklik reallaşıb. Belə ki, 17 yaşlılardan ibarət kollektivin çalışdırıcısı Tofiq Məmmədov U-19-a köməkçi məşqçi, Fuad İsmayılov U-14 komandasına baş məşqçi təyin edilib. U-14-də işləmiş Tariyel Hüseynov isə aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.