İDMAN
“Kəpəz” klubunun aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişikliyi olub
Bakı, 27 iyul, AZƏRTAC
“Kəpəz” futbol klubunun aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişikliyi olub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, klubda 4 yeni məşqçi fəaliyyətə başlayıb. Belə ki, U-14 komandasını bundan sonra “C” kateqoriyalı məşqçi İntiqam Səmədov çalışdıracaq. U-15 komandasına isə İlham Səmədov baş məşqçi təyin edilib. İyirmi ildir ki, məşqçilik sahəsində çalışan İ.Səmədov “B” kateqoriyasına malikdir. Uşaq futbolu sahəsində tanınmış və titullu mütəxəssislərdən hesab edilən İlham Səmədovun ayrı-ayrı yaş qrupları üzrə komandaları Azərbaycan birinciliyinin qalibi və mükafatçısı olub.
“Kəpəz”in 16 yaşadək futbolçulardan ibarət komandası İlkin Verdiyevə həvalə olunub. “C” kateqoriyalı mütəxəssis vaxtilə “Kəpəz”də oynayıb. O, hazırda AFFA-nın Futbol Akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir. Elə U-19 komandasına baş məşqçi təyinatı alan “B” kateqoriyalı Ceyhun Əhmədov da bir müddət “sarı-göylər”in şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]