İDMAN


“Kəpəz” klubunun kapitanı müəyyənləşib

Bakı, 6 iyul, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Kəpəz”in kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq.

AZƏRTAC kluba istinadla xəbər verir ki, ötən mövsümdə vitse-kapitan olan müdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Ş.Rəhimov son iki mövsümdə “sarı-göylər”in kapitanı funksiyasını yerinə yetirmiş Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.

“Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaqlar. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.