İDMAN


“Kəpəz” komandası AZAL üzərində minimal hesablı qələbə qazanıb

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

Futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində oktyabrın 16-da AZAL komandası “Kəpəz” kollektivini qəbul edib.

AZƏRTAC xəbər verir ki, “AZAL Arena”da oynanılan görüşü baş hakim Orxan Məmmədov idarə edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Kəpəz” komandasının minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Hər iki komanda fasilədən sonra da bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunun sonuna yaxın qonaqlar sürətli əks-hücum nəticəsində hesabı açıblar. Sağ cinahdan AZAL-ın cərimə meydançasına daxil olan Dario Federikonun qüvvətli zərbəsini qapıçı Aqil Məmmədov dəf etsə də, müdafiəçilərdən əvvəl özünü yetirən Cülien Ebah topu qapıdan keçirərək “Kəpəz”i hesabda irəli çıxarıb – 0:1.

Qalan dəqiqələrdə oyunda əlavə qol olmayıb və “Kəpəz” komandası AZAL üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Bu oyundan sonra xallarının sayını 10-a çatdıran “Kəpəz” turnir cədvəlində dördüncü sıraya yüksəlib. AZAL isə səkkiz oyundan sonra iki xalla sonuncu pillədə qərarlaşıb.

Topaz Premyer Liqasının səkkizinci turuna “Zirə”-“Neftçi” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.