ELM VƏ TEXNOLOGİYA


Kərbəla şəhərindəki İmam Hüseyn Muzeyinin nümayəndəsi Milli Azərbaycan Tarixi Muzeyində olub

A+ A

Bakı, 30 iyul, AZƏRTAC 

İraqın Kərbəla şəhərindəki İmam Hüseyn Muzeyinin nümayəndəsi Alaa Ahmed Dheaaddin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verilib.

Muzeydə mühafizə olunan, islam dininə aid eksponatlar A.Dheaaddinin daha çox diqqətini çəkib. Ekskursiyanın məqsədi Milli Azərbaycan Tarixi Muzeyində qorunan, islam dininə aid eksponatlar haqqında proqram hazırlayıb iraqlı tamaşaçıları Azərbaycanda islam dininin tarixi ilə tanış etmək olub.

Qonaq Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya üzərində İmam Hüseyn Muzeyinin loqosu olan hədiyyə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.