DÜNYA


Kərkükdə hasil edilən neftin ixracatı ilə bağlı razılıq əldə olunub

A+ A

Bakı, 2 sentyabr, Nihad Budaqov, AZƏRTAC

İraq Milli Neft Şirkəti (SOMO) və İraq kürd muxtar regionu Kərkükdə hasil edilən neftin ixracatı ilə bağlı razılıq əldə ediblər.

AZƏRTAC “enerjienstitusu.com”a istinadla xəbər verir ki, regiondan gündəlik təxminən 150 min barrel neft ixracı nəzərdə tutulur.

Qeyd edək ki, İraq hökuməti ilə İraq kürd muxtar regionu arasında yaranan anlaşılmazlıq ilə əlaqədar xam neftin nəqli dayandırılan Kərkük-Ceyhan boru kəmərindən avqustun 18-dən etibarən neft daşınmasına yenidən başlanılıb.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadi bu ilin mart ayında Kərkük neftinin Ceyhan limanına daşınmasının dayandırılması ilə bağlı göstəriş vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.