DÜNYA
Kərkükdən İraq Kürdüstan Regional Rəhbərliyinə neft ixracı dayanıb
Bakı, 7 avqust, AZƏRTAC
İraq hökuməti öz nəzarətində olan Kərkükdəki quyulardan çıxarılan xam neftin İraq Kürdüstan Regional Rəhbərliyinə (İKRR) ixracını dayandırıb.
AZƏRTAC xəbər verir ki, İraqın neft nazirinin müavini Kərim Həttab Cəfəri açıqlamasında “Şimal Neft Şirkəti”ndən İKRR-yə gedən xam neft ixracının və əlavə istehsalın dayandırıldığını bildirib. O, bu qərarın texniki bir qəzadan, yoxsa başqa bir səbəbdən dolayı olduğuna dair hər hansı bir bəyanat verməyib.
İraq hökuməti 2016-cı ilin martında hər hansı bir əsas göstərmədən təxminən 5 ay ərzində Kərkükdən neft ixracını dayandırmışdı.
Kərkük şəhərində ümumilikdə 5 quyu var. Bu quyulardan “Gurgur”, “Cambur” və “Habbaza” mərkəzi hökumət adından “Şimal Neft Şirkəti”nin, digər ikisi isə İKRR-nin nəzarətindədir. Şəhərdəki quyulardan çıxarılan neft boru kəmərləri ilə Türkiyədəki Ceyhan limanına nəql edilərək dünya bazarına çıxarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]