DÜNYA


Kersti Kalyulayd Estoniyanın ilk qadın prezidenti seçilib

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Estoniya parlamenti üçüncü cəhddə ölkə prezidentini seçib. Bu, əvvəllər Avropa Hesablama Palatasında Estoniyanın nümayəndəsi olan Kersti Kalyulaydır.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, parlamentdə keçirilən seçkilərdə namizəd deputatların səslərinin üçdə iki hissəsini – 101 səsdən azı 68-ni toplamalıdır. Dövlət başçısı postuna yeganə namizəd olan Kersti Kalyulayda isə 81 deputat səs verib. Beləliklə də o, Estoniyanın ilk qadın prezidenti seçilib.

Estoniyanın hazırki prezidenti Tomas Hendrik İlvesin səlahiyyət müddəti oktyabr ayında başa çatır. O, bu postu ikinci dəfə tutduğundan konstitusiyaya əsasən üçüncü müddətə seçilə bilməz.

Xatırladaq ki, bundan əvvəl prezident seçməyə göstərilən iki cəhd nəticəsiz qalmışdı. Estoniyada prezident seçkilərinin iki səviyyəli seçki sistemi mövcuddur. Əvvəlcə dövlət başçısını parlament seçməyə çalışır. Əgər namizədlərdən heç biri lazımı qədər səs toplamasa, seçkilər seçənlər kollegiyasında davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.