CƏMİYYƏT


Kəsilən beş ağaca görə 5100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsindəki 22 nömrəli binada yaşayan bir qrup sakinin ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə əlaqədar şikayəti daxil olub. Nazirliyin əməkdaşları şikayətçilərin iştirakı ilə hadisə yerində araşdırma aparıblar.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə baxış keçirilən zaman 2017-ci il 8 iyul tarixli 251 nömrəli sərəncama əsasən, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi üçün “MİD-17” MTK-ya ayrılıb və şirkətin yaşıllıq ərazisində özül-qazıntı işlərinə başladığı məlum olub.

Aparılan araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.