DÜNYA


Kəşmirdə baş verən toqquşmalarda 18 nəfər ölüb

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

Hindistan Kəşmirində hökumət qüvvələri ilə nümayişçilər arasında iki gündür davam edən toqquşmalarda biri polis olmaqla azı 18 nəfər ölüb, 200-dən artıq insan yaralanıb.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, nümayişlər üsyançıların lideri Burhan Vaninin ölümündən sonra başlayıb. Hökumət qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Bu, 2010-cu ildən bəri Hindistanda baş verən ən böyük etiraz aksiyasıdır.

Qeyd edək ki, 1947-ci ildən bəri Hindistan ilə Pakistan Kəşmirə görə münaqişə vəziyyətindədir. Hər iki ölkə bu dağlıq regionun onun ərazisi olduğunu iddia edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.