Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

Keyfiyyət infrastrukturu sistemi iqtisadi inkişafın tendensiyalarından biri kimi

Bakı, 30 mart, AZƏRTAC

Keyfiyyət infrastrukturu sisteminin formalaşdırılması sürətli inkişaf yolunu seçmiş xalq üçün çiçəklənmə və rifahın təmin edilməsi istiqamətində zəruri addım hesab olunur. Bu, elə bir infrastruktur sahəsidir ki, sənayenin inkişafı, qlobal bazarlarda rəqabətqabiliyyətlilik, təbii sərvətlərin və insan resurslarının səmərəli istifadəsi, ərzaq təhlükəsizliyi, sağlamlıq, ətraf mühit və iqlim kimi bir çox istiqamətlərdə dövlət siyasətinin əsas hədəflərinə nail olunmasına töhfə verir.

Ümumiyyətlə, “keyfiyyət” – istehlakçıların tələblərinə cavab verən məhsul və xidmətlərin təminatı deməkdir. Bu cür yanaşdıqda, keyfiyyət infrastrukturu sisteminin dinamik olduğunu, milli səviyyədə məhsul və xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində katalizator rolunu oynadığını deyə bilərik. Xarici bazarların tələblərini qarşılamaq baxımından milli sənayeyə dəstək olmaqla bu amil ölkə iqtisadiyyatının qlobal ticarətdə və dəyərlər zəncirində daha fəal iştirakını təmin edir, rəqabətqabiliyyətliliyini artırır.

BMT-nin Sənaye İnkişafı Təşkilatının “Keyfiyyət infrastrukturu sisteminin əsasları” adlı təqdimatında bu anlayışın məhsul və xidmətlərə qoyulan keyfiyyət tələblərinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi baxımından güclü bir alət olması qeyd edilir. Vurğulanır ki, bu sistemin bütün iqtisadi modellərə tətbiq edilə biləcək vahid konsepti yoxdur. Çünki, milli, regional və beynəlxalq səviyyədə tələblərin aydınlaşdırılması kontekstində hər bir keyfiyyət infrastrukturu fərqli müddəalar ehtiva edir. Müvafiq anlayışın strukturunu təhlil edən zaman müxtəlif səviyyələrdə aşağıdakı elementlər qeyd olunur:

- dövlət – keyfiyyət siyasəti, tənzimləyici vasitələr;

- institutlar – metrologiya, standartlaşdırma, akkreditasiya;

- xidmətlər – təbliğat, uyğunluğun qiymətləndirilməsi, kalibrləmə və verifikasiya;

- müəssisələr – təkmilləşmə, dəyərlər zəncirinin inkişafı;

- istehlakçılar – maarifləndirmə, potensialın gücləndirilməsi.

İngiltərəli tarixçi və sosioloq Arnold Toynbi bütün tarixi sadə bir formula ilə ifadə edirdi – çağırış və cavab. Çağırışa daha effektiv cavab verə bilənlər tarix yazır. Məhz müasir dövrün çağırışlarından biri də “keyfiyyət” məfhumudur. Qloballaşma, rəqabət və keyfiyyətə daim artan tələb bazar münasibətlərinin mahiyyətini dəyişib. Artıq keyfiyyət sadəcə texniki problem deyil, əsas strateji məsələlərdən birinə çevrilib. Premium keyfiyyət göstəricisinə malik şirkətlər qiymət səviyyələrinin dəyişməsinə orta keyfiyyət göstəricisi olan rəqiblərindən 8 faiz daha çox təsir gücünə malikdirlər.

Milli səviyyədə keyfiyyət infrastrukturunun strategiyası haqqında danışarkən ölkələr və regionlar üzrə bu amilin fərqli detalları əks etdirdiyini vurğulamaq lazımdır. Bu strategiyanı təkmilləşdirmək üçün ilkin mərhələdə inkişaf, harmonizasiya və islahatlar üçün tədbirlər görülməlidir. Bu istiqamətdə əsas rolu şübhəsiz hökumətlər oynayır. Strategiyadan irəli gələn məqamları müəyyənləşdirə biləcək bir qurumun yaradılması da önəmli amildir.

       Xarici bazarlarda məhsulun rəqabətqabiliyyətliliyinin

       artırılması yolları: keyfiyyət başlıca kriteriyadır

Məhsulun rəqabətə davamlılıq səviyyəsi istehsalçının xarici bazara daha asan daxil ola bilməsi üçün önəmli meyardır. Bu amil, eyni zamanda xarici ticarət əməliyyatlarında səmərəli nəticələr əldə etməyə imkan yaradır. Məhsulun rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi zamanı diqqət yetirilən faktorları bu cür sıralamaq olar: istehlakçının tələbləri; oxşar məhsulu istehsal edən rəqib şirkətlərin sayı; istehsalın və satışın həcmi, istehsalçının ümumi ölkə müəssisələri arasında payı; bazar seqmentində “dominantlıq” uğrunda mübarizənin təsiri – bu, bir növ yerli müəssisələr arasında yarış və fəth mübarizəsini xatırladır; beynəlxalq bazarda rəqabətin əsas istiqamətləri; rəqiblərin strateji fəaliyyətlərinin izlənilməsi və düzgün qiymətləndirilməsi; rəqabətin müxtəlif metodları (qiymət, keyfiyyət, texniki məqamlar, dizayn, xidmət, istehsalçının prestiji, ticarət nişanı və s.). Bu məqamları sadalayarkən artıq dünya bazarında qiymət amilinin ikinci plana keçdiyini, məhsulun texniki göstəricilərinin və keyfiyyət səviyyəsinin ön planda olduğunu görə bilərik. Bu mübarizədə “aşağı qiymət deyil, daha yüksək keyfiyyət təklif edən” qalib gəlir. Çünki, keyfiyyətli məhsulu istifadə etmək daha səmərəlidir.

Ötən ilin mayında “Böyük yeddiliyin” Yaponiyada keçirilmiş görüşündə “Keyfiyyət İnfrastrukturu investisiyalarının təbliği”nə dair İse-Sima prinsipləri qəbul edilib. Bu prinsiplər qlobal infrastruktur körpüsünün qurulması üçün möhkəm bazanın yaradılmasını əks etdirir.

Yüksək keyfiyyətli infrastruktur birbaşa müsbət təsirlərə malikdir: səmərəlilik, gücləndirilmiş təhlükəsizlik, ətraf mühitə təsirin minimuma endirilməsi, məhsul və xidmətlərin daha effektiv çatdırılması və s. Müqayisə üçün aşağı keyfiyyətli infrastrukturun təsirlərinə baxmaq olar: ucuz qiymət alıcını cəlb edə bilər, lakin məhsulun keyfiyyətinə və davamlılığına zəmanət verilmir, eyni zamanda bu tip infrastruktur uzunmüddətli borclara, qarışıqlıqlara və ekoloji problemlərə səbəb olur. 2015-ci ildə aparılmış araşdırmalardan birində Çində mövcud olan aşağı keyfiyyətli müəssisələrin fəaliyyəti nəticəsində zərərli tullantıların havanı çirkləndirməsinin hər gün 4400 insanın ölümünə səbəb olması göstərilir. Bu, aşağı keyfiyyətli infrastrukturun həm insan, həm də iqtisadi itkilərlə nəticələndiyini göstərir.

Keyfiyyət infrastrukturunun inkişafını təmin etmək üçün ilk növbədə bu faktorun vacibliyi qlobal səviyyədə tanınmalıdır. Sevindirici haldır ki, bu proses hazırda aktualdır. İse-Sima prinsiplərindən başqa, ötən ilin sentyabrında Çinin Hançjou şəhərində keçirilən “Böyük İyirmilik” (G20) ölkələrinin sammitində qəbul edilmiş Kommunike keyfiyyət infrastrukturunun bir dəyər kimi təsdiq olunması istiqamətində mühüm addım idi.

        Keyfiyyət strukturunun təkmilləşdirilməsi Azərbaycanın

         iqtisadi inkişafının prioritet istiqaməti kimi

Qlobal dəyər zəncirinə inteqrasiya kontekstində yeni iqtisadi modelə doğru gedən Azərbaycanda da ixrac potensialının artırılması istiqamətində tendensiyalar, uğurlu təcrübələr diqqətlə izlənilir. İqtisadiyyatın şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Nəzərə alsaq ki, hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib, bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadə sürətlə genişlənir.

Ölkəmizdə müvafiq istiqamətdə həyata keçirilən tədbirləri iki bölmədə təhlil etmək olar:

1. Qanunvericilik bazası və institusional quruculuq. Müasir hüquqi bazanın yaradılması çərçivəsində beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilən və hökumətə təqdim olunan “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanun layihələrini vurğulamaq olar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov müvafiq qanun layihələri ilə bağlı məlumat verərək bildirib ki, Azərbaycan Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Nazirlər Kabinetinə “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun yeni layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığı verilib. Qanun layihəsində aşağıdakı meyarlar nəzərə alınacaq:

- məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması;

- texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması;

- məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) onların risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi;

- yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması.

Bu qanunlar Azərbaycanda texniki tənzimləmə sisteminin müasir mərhələyə keçidi üçün əsas olacaq. Texniki tənzimləmə sistemində islahatlar gələcək yeddi il üçün nəzərdə tutulub. Bu islahatlar bazarın təhlükəli və keyfiyyətsiz məhsullardan qorunması üçün müasir və effektiv nəzarət sistemini formalaşdıracaq.

2. İnfrastruktur potensialının gücləndirilməsi. Bu istiqamətdə son illər uğurla reallaşdırılan layihələri xüsusi qeyd etmək olar. F.Talıbovun sözlərinə görə, 2014-2016-cı illəri əhatə etmiş “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin icrası ilə standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsinə nail olunub.

Xüsusi vurğulamaq lazımdır ki, hazırda xarici ölkələrin müvafiq sektorda təcrübələrinin öyrənilməsi və milli iqtisadi inkişaf modelinə uyğun tətbiqi gündəmdədir. Bu istiqamətdə komitənin beynəlxalq əlaqələrinin genişlənməsi və qarşılıqlı olaraq təcrübələrdən yararlanmaq müsbət nəticələr verməkdədir. F.Talıbov komitənin fəaliyyət sahələrinin inkişafı üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb: “Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya, patent sahələrində fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatın tam üzvüdür. Akkreditasiya sahəsində olan təşkilatların tamhüquqlu üzvü olmaq üçün müraciətlər edilib. Ötən il komitə ilə Almaniya Fiziki-Texniki İnstitutu (PTB) arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində bir neçə layihə həyata keçirilib. Mart və may aylarında PTB-nin daha bir mütəxəssisi komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasının mütəxəssislərinə təlim keçib. Bundan başqa, ötən ilin martında 2016-2018-ci illəri əhatə edəcək “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının yeni Tvinninq layihəsinə start verilib. Çex Metrologiya İnstitutu və Almaniya Fiziki-Texniki İnstitutunun yaratdığı konsorsium ilə əməkdaşlıq çərçivəsində iki il ərzində icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir”.

Müasir dövrün vacib çağırışı kimi keyfiyyət infrastrukturunun təhlili zamanı bir sıra amilləri nəzərdən keçirməklə mövzunu yekunlaşdırmaq olar: qlobal normalarla ayaqlaşmaq, dəyişiklikləri yaxından izləmək, standartları tətbiq etmək üçün mexanizmlər hazırlamaq; treninqlər təşkil etmək və mövcud potensialı zənginləşdirmək; standartlaşdırma və sertifikasiya – infrastruktur layihələri və mütəxəssisləri üçün yeni standartların və sertifikasiyanın təbliği; layihə hazırlığı – qlobal layihə hazırlığına dəstək mexanizminin genişləndirilməsi.

                                                                     AZƏRTAC-ın müxbiri

                                                                     Maqsud Dadaşov

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO