CƏMİYYƏT


Keyfiyyətli tədris və birgə rəhbərlik istiqamətində yeni layihələr həyata keçirilir

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırdığı 2016-2017-ci tədris ili ərzində 25 yeni layihə həyata keçirəcək. Bunlardan biri - “75 məktəb” layihəsi çərçivəsində, orta təhsil müəssisələrini layihə ilə tanış etmək və bu istiqamətdə görüləcək işlərin müzakirəsi məqsədilə təşkil olunan “dəyirmi masa”lar yekunlaşıb.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxtın bütün rayonlarını əhatə edən “dəyirmi masa”lara 600-dən çox iştirakçı qatılıb.

Layihəyə cəlb olunan məktəblərin tədris proqramının daha səmərəli təşkili istiqamətində təklif olunan müxtəlif mexanizmlər və keyfiyyətin artırılması üçün nəzarət işinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.