DÜNYA


Keyni Vest IKEA şirkəti ilə əməkdaşlıq etmək niyyətindədir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Amerikalı reper Keyni Vest yeni mebel seriyasının istehsalı üçün məşhur IKEA şirkəti ilə əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.

BBC Radio One-a müsahibə verən ifaçı interyer dizaynı və memarlıqla məşğul olmaq istədiyini bildirib.

Onun sözlərinə görə, yaratdığı "kollec yataqxanalarında minimalist otaqlar" tələbələr arasında xüsusi marağa səbəb olacaq.

AZƏRTAC BBC Radio One-a istinadla xəbər verir ki, bu ilin martında IKEA-nın İsveçdəki baş ofisinə baş çəkən Vest buna qədər həmin şirkət üçün parça və qab-qacaq dizaynı edən Keti İri ilə əməkdaşlıq edib. Özünün geyim və ayaqqabı dizaynı olan reperin IKEA ilə əməkdaşlıq istəyi İsveç şirkəti tərəfindən hələ ki şərh edilməyib.

Qeyd edək ki, 39 yaşlı reper 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istədiyini də bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.