CƏMİYYƏT


Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi səyyar xidmətlərin göstərilməsini davam etdirir

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları sentyabrda və oktyabrın əvvəllərində Mingəçevir və Gəncə şəhərlərində, Şəmkir rayonunda fəaliyyət göstərən 216 gəmi istifadəçisinin su nəqliyyatı vasitələrinə səyyar texniki baxış keçirib və onlara aidiyyəti sənədləri təqdim ediblər.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, kiçik həcmli gəmilərin dövlət qeydiyyatı, texniki baxışı, sürücülük vəsiqələrinin alınması və gəmilərin təhlükəsiz istismarı mövzusunda maarifləndirmə tədbirləri də keçirilib.

Müfəttişliyin Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi olaraq texniki baxışdan yayınan, təhlükəsiz istismar qaydalarının tələblərini pozan 37 gəmi istifadəçisi barəsində qanunvericiliyin tələbləri əsasında tədbir görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.