İQTİSADİYYAT


Kiçik və orta sahibkarlığa hər hansı əlavə vergi güzəşti gözlənilmir

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Vergilər Nazirliyinə kiçik və orta sahibkarlara vergi güzəştinin tətbiqi barədə təklif olmadığından, onun müzakirəsi də aparılmır.

AZƏRTAC xəbər verir ki, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığa hər hansı əlavə vergi güzəşti gözlənilmir. “Bildiyiniz kimi, orta və kiçik sahibkarlıqla məşğul olan şəxslər Bakı şəhərində 4, regionlarda 2 faiz olmaqla sadələşdirilmiş vergi ödəyiciləridir. Hesab edirəm ki, bunun özü də bir güzəştdir”, - deyə İ.Vəliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.