İQTİSADİYYAT


Kiçik və orta sahibkarlığın inkişafına dair online sorğu keçirilir

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara dair fikirləri öyrənmək üçün online qaydada sorğularını davam etdirir. Bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair keçirilən sorğularda yüzlərlə hüquqi şəxs, fərdi sahibkar və vətəndaş iştirak edib. Sorğu nəticəsində verilən təkliflərin sonradan islahat qərarlarının qəbulu prosesində istifadə edilməsi vətəndaş iştirakçılığının ən yaxşı nümunəsidir. Artıq vətəndaş birbaşa islahat prosesinə töhfə verməklə islahatların daha inklüziv olmasını təmin edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, budəfəki sorğuda "Kiçik və orta sahibkarlığın inkişafı üçün hansı təklifləri verərdiniz?" mövzusuna dair təklif verilməsi xahiş olunur. Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür: http://iqtisadiislahat.org/online-application.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.