MƏDƏNİYYƏT
“Kids Couture” Bakı Şopinq Festivalına 50%-dək endirimlərlə gəldi
Bakı, 18 aprel, AZƏRTAC
Məşhur “Kids Couture” mağazası da Bakı Şopinq Festivalının iştirakçıları sırasına daxil oldu. Bakının Neftçilər prospekti, 11 ünvanında yerləşən “Kids Couture” mağazasında alış-veriş indi daha sərfəli oldu.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 20%-dən 50%-dək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Qeyd edək ki, festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Bakı Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!