İDMAN


Kikboksçularımız Vətənə qələbə ilə qayıdıblar

Bakı, 8 iyun, AZƏRTAC

Bu yaxınlarda Macarıstanda dünya kuboku uğrunda kikboksinq yarışları keçirilib. Ümumilikdə 56 komandanın təmsil olunduğu, 2300 idmançının iştirak etdiyi yarışda Azərbaycan milli komandası növbəti uğurunu qazanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətinin əməkdaşı, Əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında milli komandamızın təmsilçilərindən Ruslan Musayev çəkisi 67 kiloqramadək olan idmançılar arasında keçirdiyi bütün qarşılaşmalarda rəqibləri üzərində inamlı qələbə qazanaraq qızıl medal qazanıb.

Digər idmançılarımızdan Məhəmməd İmanov (48 kq) gümüş, Zəkulla Teymurov (63,5 kq) və Ağamahmud Siracov (67 kq) bürünc mükafata layiq görülüblər.

Veteranlar arasında mübarizəyə qatılan DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin kiçik inspektoru, polis baş serjantı Hikmət Hacıyev bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.