REGİONLAR


Kikboksinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan, 4 iyul, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən Akif İsmayılov, Uğur Əliyev, Məhəmməd İsmayılzadə, Heydərəli Əliyev, İsmayıl Yaqubov, Elgün Baxışov, Anar Tarverdiyev, Sinan Rzazadə, Fərman Rzayev və Əli Qəmbərov müvafiq olaraq 27, 30, 33, 36, 39, 42, 45, 48, 57 və 71 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd bu idman növünü inkişaf etdirmək, eyni zamanda, yeniyetmə və gənclərdən ibarət Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.