İDMAN


Kikboksinq üzrə respublika turnirinə yekun vurulub

Bakı, 17 fevral, AZƏRTAC 

Buzovnada Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri başa çatıb. Yeniyetmələr arasında keçirilən yarışda 15 komandanın heyətində 170-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun kikboksçuları turnirin 12 medalını (7 qızıl, 2 gümüş, 3 bürünc) qazanaraq komanda hesabında birinci yeri tutublar.

Klubun yetirmələrindən İmran Bağırov (31 kq), Əlihüseyn Əliyev (33 kq), Bəylər Həmidov (42 kq), Əli Qasımov (45 kq), Hüseyn Tarıverdiyev (51 kq), Məhəmməd Əliyev (54 kq) və Aslan Mikayılzadə (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Qalib Hüseynli (36 kq), Mirvasif Əliyev (45 kq-dan yuxarı) gümüş, Vaqif Ələkbərov (33 kq), Əliheydər Quliyev (28 kq) və Əlixan İbrahimov (26,5 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.