DÜNYA
Kim Çen In bacısını qərar qəbul etməkdən kənarlaşdırıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In kiçik bacısını şəxsi təhlükəsizlik məsələləri ilə bağlı qərar qəbul etməkdən uzaqlaşdırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreya lideri bu qərarı bir neçə insidentdən sonra qəbul edib. Belə ki, 2015-ci ilin may ayında gənclik festivalında tamaşaçılar qrupu Kim Çen Ina yaxınlaşaraq onu əhatəyə alıb və əlindən tutmağa çalışıb. Daha bir epizod isə ənənəvi “yerində rəhbərlik” kampaniyası çərçivəsində kolxozların birinə səfər zamanı baş verib. Burada ölkə liderini qarşılayan ansamblın musiqiçilərdən birinin gitarası az qala təsadüfən Kim Çen Inın üzünə dəyəcəkdi.
KXDR liderinin kiçik bacısı Kim Yo Çjon 2013-cü ildə Koreyanın Əmək Partiyasının protokol xidmətinin başçısı təyin edilib. Bundan əlavə o, böyük qardaşının ən yaxın siyasi müşaviri olub. Kim Yo Çjonun vəzifəsinə, həmçinin qardaşının xarici görkəminə fikir vermək və onun təhlükəsizliyini təşkil etmək də daxil idi.