DÜNYA


Kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib

A+ A

Stokholm, 5 oktyabr, AZƏRTAC

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi 2016-cı il üçün kimya sahəsində Nobel mükafatının molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə - fransalı Jan-Pier Savaja, şotlandiyalı J.Fraser Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya verildiyini elan edib.

Mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda, Şəhər Ratuşasında Norveç Kralının və Kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.