ELM VƏ TƏHSİL
“Kimyəvi elementlərin lantanoidli üçlü sulfidlərinin kristalloqrafik xarakteristikaları” məlumatlar toplusu çapdan çıxıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun fiziki-kimyəvi analiz şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Vaqif Qasımovun “Kimyəvi elementlərin lantanoidli üçlü sulfidlərinin kristalloqrafik xarakteristikaları” məlumatlar toplusu çap olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə kimyəvi elementlərin lantanoidlərlə əmələ gətirdikləri üçlü sulfidlərin kristalloqrafik xarakteristikaları və hər birləşmənin difraksiya mənzərələri cədvəl şəklində toplanıb.
Kitab fizika, kimya, optoelektronika, materialşünaslıq elmləri ilə məşğul olan tədqiqatçılar və magistrlər üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]