MƏDƏNİYYƏT


Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı bir qrup kino xadimini mükafatlandırıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 avqust – Milli Kino Günü ilə bağlı bir qrup kino xadiminə pul mükafatları təqdim edib.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mükafatlar Azərbaycan kinosunda uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə və Milli Kino Günü münasibətilə verilib.

Təqdim edilən pul mükafatlarından başqa, ittifaqın özünün təsis etdiyi Milli Kino Mükafatı da öz sahibinə verilib. Bu il Milli Kino mükafatına (2000 manat) Xalq Artisti Eldar Quliyev layiq görülüb.

Həmçinin yubilyarlar - Xalq artistləri Ramiz Fətəliyev və Ramiz Mirzəyev, Əməkdar İncəsənət xadimləri Oqtay Babazadə, Yavər Rzayev, Fuad Vəlixanov, Əməkdar Mədəniyyət işçiləri Tağı Babayev, Rəfiqə Budaqlı, Əməkdar Rəssam Fikrət Ələkbərova 500 manat mükafat təqdim edilib.

Bununla yanaşı, ittifaq tərəfindən veteranlara - Əməkdar Mədəniyyət işçiləri Natalya Şneyer, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Rimma Abdullayeva, Pərviz Quliyev, Ənvər Əbluc, Nəriman Şıxəliyev, Akif Rüstəmov, Vladimir Dudniçenko, Elman Əliyev və Kamal Seyidova 300 manat məbləğində pul mükafatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.