MƏDƏNİYYƏT


Kinematoqrafçılar İttifaqı təqaüd təsis etdi

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq Artisti, Dövlət mükafatları laureatı Rasim Ocaqovun adına təqaüd təsis edib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli kinorejissorun adına olan təqaüd Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və ən yaxşı oxuyan, istedadı ilə fərqlənən tələbəyə verilib.

“Rasim Ocaqov” təqaüdünə Xalq Artisti Eldar Quliyevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Masər Həsənov layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.