MƏDƏNİYYƏT


Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

Bakı, 23 iyun, AZƏRTAC 

İyunun 23-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub.

İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev isə cari məsələlər barədə çıxış edərək, ittifaq tərəfindən 2017-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran fəaliyyət barədə danışıb.

Daha sonra iclas ittifaqın idarə heyətinin üzvləri - Xalq artistləri Vaqif Mustafayev və Oqtay Mirqasım, Əməkdar İncəsənət xadimləri Ayaz Salayev, Müşfiq Hətəmov və “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədovun çıxışları, təklifləri və müzakirələri ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.