ELM VƏ TƏHSİL


“Kinemetriks” şirkətinin nümayəndəsi Seysmoloji Xidmət Mərkəzində təlim keçib

Bakı, 17 avqust, AZƏRTAC

ABŞ-ın “Kinemetriks” şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) arasındakı əməkdaşlıq çərçivəsində Bakıda yerli seysmoloqlar üçün təlim keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Kinemetriks” şirkətinin əməkdaşı Tofiq Əlili RSXM-nin Monitorinq Mərkəzində zəlzələlərin emalı zamanı tətbiq olunan ANTİLOPE proqramının 5.6 versiyasını yeniləyib. O, yeni versiya ilə bağlı mərkəz əməkdaşlarına təlim keçib.

T.Əlili, həmçinin RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Söhbət zamanı qonaq Azərbaycanda zəlzələlərin öyrənilməsi və bu sahədə aparılan tədqiqatlar üçün müasir emal proqramlarının tətbiqinin əhəmiyyətli olduğunu bildirib.

Q.Yetirmişli isə yeni proqramların tətbiqinin aparılan seysmoloji tədqiqatların keyfiyyətinin artırılması və kadrların hazırlanması baxımından vacib olduğunu qeyd edib, “Kinemetriks” şirkəti ilə bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.